...

Azərbaycanda əmək pensiyalarının təyin edilməsi iyulun 1-dən avtomatlaşdırılacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 27 Fevral 2013 14:00 (UTC +04:00)
Dövlət Sosial Müdafiə Fondu (DSMF) iyulun 1-dən əmək pensiyalarının təyin edilməsinin avtomatlaşdırılması sisteminə keçir.
Azərbaycanda əmək pensiyalarının təyin edilməsi iyulun 1-dən avtomatlaşdırılacaq

Azərbaycan, Bakı, 27 fevral /Trend, müxbir A.Bədəlova/

Dövlət Sosial Müdafiə Fondu (DSMF) iyulun 1-dən əmək pensiyalarının təyin edilməsinin avtomatlaşdırılması sisteminə keçir. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü DSMF sədri Səlim Müslümov Xəzər-Avropa İnteqrasiya İşgüzar Klubunun (CEIBC) üzvləri ilə görüşündə deyib.

"Hazırda pensiya və müavinətlərin təyin edilməsinin avtomatlaşdırılması üzrə işlər sürətləndirilib, - Müslümov bildirib. - Bunun üçün 2006-cı ilədək əmək stajı haqqında məlumatın DSMF-yə təqdim eilməsi çox vacibdir".

Onun sözlərinə görə, hazırda staj barəsində məlumatların toplanması üzrə işlər intensivləşdirilib və bu məsələdə vətəndaşların iştirakı olduqca əhəmiyyətlidir.

"Yaxın aylar ərzində 2006-cı ilədək vətəndaşların pensiya kapitalı haqqında məlumatı "Sığortaolunanlara məlumatların verilməsi" elektron xidməti vasitəsilə əldə etmək mümkün olacaq" , - Müslümov qeyd edib. - DSMF orqanlarına əmək stajı haqqında məlumat təqdim etmiş vətəndaşlar maneəsiz olaraq pensiyaların təyin edilməsinin avtomatlaşdırılmış sistemindən istifadə edə biləcəklər".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti