...

Yaxın vaxtlarda Azərbaycan quşçuluq məhsulları ixrac edəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 Oktyabr 2014 17:43 (UTC +04:00)

Azərbaycan, Bakı, 1 oktyabr /Trend, müxbir Azad Həsənli/

Yaxın vaxtlarda Azərbaycan quşçuluq məhsullarının ixracatçısına çevriləcək. Trend xəbər verir ki, bu barədə jurnalistlərə kənd təsərrüfatı naziri Heydər Əsədov bildirib.

Nazirin sözlərinə görə, Azərbaycan ötən ildən özünü quş əti ilə tam təmin etməyə başlayıb.

O, qeyd edib ki, İqtisadiyyat və Sənaye Nazirliyi yanında Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə quşçuluq sahəsinin inkişafına yetərincə vəsait ayrılıb: "Hazırda Rusiyaya quşçuluq məhsullarının ixracı ilə bağlı danışıqlar aparılır. İqtisadiyyat və Sənaye Nazirliyinin hesablamalarına görə, bu razılaşmalara nail olmaq və yeni istehsalata başlamaq dövrü üst-üstə düşür ki, bu da ölkədə bu sahədə potensialı artırmağa və xaricə quşçuluq məhsullarının ixracına başlamağa imkan verir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti