...

Rövnəq Abdullayev: Azərbaycan yaxın illərdə qaz hasilatını xeyli artıracaq

Energetika Materials 20 Sentyabr 2012 13:59 (UTC +04:00)
Xəzərin Azərbaycan sektorundakı "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokunda indiyədək 143 quyu qazılıb, onlardan 64 ədədi istismardadır.
Rövnəq Abdullayev: Azərbaycan yaxın illərdə qaz hasilatını xeyli artıracaq

Azərbaycan, Bakı, 20 sentyabr/Trend/

Xəzərin Azərbaycan sektorundakı "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokunda indiyədək 143 quyu qazılıb, onlardan 64 ədədi istismardadır. Trend-in məlumatına görə, bu barədə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev rəsmi mətbautda dərc edilən müsahibəsində bildirib.

Abdullayevin sözlərinə görə, AÇG-nin istismar edildiyi dövr ərzində təqribən 280 milyon ton neft və 74,4 milyard kubmetr qaz hasil edilib.

Son 8 ay ərzində Azərbaycanda 29,6 milyon ton neft hasil edilib, bu həcmdən 5,5 milyon ton ARDNŞ-nin payına düşür. Hazırda ölkədə sutkalıq neft hasilatının həcmi 898 min barel təşkil edir.

ARDNŞ prezidentinin sözlərinə görə, indiyədək "Şahdəniz" qaz-kondensat yatağından 35,2 milyard kubmetr qaz və 9,3 milyon ton kondensat hasil edilib. Hazırda "Şahdəniz" yatağı üzrə sutkalıq qaz hasilatının həcmi 24-26 milyon kubmetr, kondensat hasilatı isə 6,4 min ton təşkil edir.

Abdullayev deyib ki, son məlumatlara görə, Azərbaycanda təsdiqlənmiş karbohidrogen ehtiyatlarının həcmi 4,5 milyard ton şərti yanacağı ötür. Proqnozlaşdırılan karbohidrogen resursları ilə yanaşı, ümumi ehtiyatlar neft ekvivalentində 10 milyard ton həcmində qiymətləndirilir.

Bununla belə, 2015-ci ilədək Azərbaycanda qaz hasilatının həcmini 20 milyard kubmetrə (laylara vurmağı çıxmaqla), 2025-ci ilədək isə 40 milyard kubmetrə qədər artırmaq planlaşdırılır.

"Bu, Azərbaycanın regionun və Avropa ölkələrinin enerji təhlükəsizliyini təmin edən ölkə kimi rolunu daha da artıracaq", - Abdullayev vurğulayıb.

Xəbər lenti

Xəbər lenti