...

2013-cü ildə ARDNŞ-nin mənfəəti artıb

Energetika Materials 8 İyul 2014 12:54 (UTC +04:00)

Azərbaycan, Bakı, 8 iyul /Trend, müxbir Emil İsmayılov/

2013-cü ilin yekunları üzrə ARDNŞ-nin (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) xalis mənfəəti 977 milyon manata yaxın olub. 2012-ci ildə bu rəqəm 955 milyon manat təşkil edib.

Trend-in məlumatına görə, bu barədə şirkətin saytında dərc edilmiş ARDNŞ-nin ötən il üzrə maliyyə fəaliyyəti haqqında hesabatda deyilir. Hesabat "Ernst&Young" şirkəti tərəfindən yoxlanılıb.

Ötən il şirkətin gəlirləri iki dəfədən çox artaraq 38,43 milyard manat olub. ARDNŞ-nin 2013-cü ildə əldə etdiyi gəlirlərdə maya dəyərinin payı 2012-ci ildəki 13,88 milyard manata qarşı 35,16 milyard manat təşkil edib.

Müvafiq olaraq, 2013-cü ildə ARDNŞ-nin ümumi mənfəəti 3,27 milyard manat olub. 2012-ci ildə bu rəqəm 3,26 milyard manat təşkil edib. Hesabat dövründə şirkətin əməliyyat fəaliyyətindən mənfəəti 2012-ci ildəki 1,39 milyard manata qarşı 1,65 milyard manat olub.

Dövlət Neft Şirkətini mənfəəti vergilər hesablanana qədər 2012-ci ildəki 1,5 milyard manata qarşı 1,46 milyard manatdan çox olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti