...

“Beşiktaş” Türkiyənin kubokunun finalına yüksəlib

İdman Materials 8 May 2024 03:08 (UTC +04:00)

Bakı. Trend:

Türkiyə kubokunda ilk finalçı bəlli olub.

Trend İdman.biz-ə istinadən xəbər verir ki, “Beşiktaş” “Ankaragücü”nü mübarizədən kənarlaşdırıb.

Komandalar arasında ilk oyun 0:0 hesabı ilə başa çatıb. Cavab qarşılaşmasının taleyini isə 1 qol həll edib. Muci “qara qartallar”ı finala yüksəldən topun müəllifi olub.

Qeyd edək ki, digər cütdə “Karagümrük” – “Trabzonspor” (2:3) cavab matçı keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti