...

Aİ yaxın aylarda Trans-Xəzər boru kəməri üzrə üçtərəfli görüş keçirə bilər

Energetika Materials 23 Oktyabr 2014 19:29 (UTC +04:00)

Azərbaycan, Bakı, 23 oktyabr /Trend, müxbir Aygün Bədəlova/

Avropa Komissiyası yaxın aylarda Avropa İttifaqı (Aİ), Azərbaycan və Türkmənistan arasında üçtərəfli görüş keçirməyi planlaşdırır. Bunu cümə axşamı Trend-ə Avropa Komissiyasındakı mənbə bildirib.

Mənbənin sözlərinə görə, Avropa Komissiyası müvafiq həmkarları ilə yaxın aylarda üçtərəfli formatda görüş təşkil etmək imkanını nəzərdən keçirir: "Görüşün dəqiq tarixi hələ müəyyənləşdirilməyib".

Qeyd edək ki, Trans-Xəzər qaz kəməri üzrə Aİ, Azərbaycan və Türkmənistan arasında danışıqlar 2011-ci ilin sentyabrında başlayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti