...

Azercell-dən "Hədsiz" tarif paketi

Telekommunikasiya Materials 15 İyul 2014 18:35 (UTC +04:00)
Azərbaycanın lider mobil operatoru Azercell Telekom MMC abonentləri üçün ardıcıl və bir-birindən maraqlı sərfəli təkliflər və unikal xidmətlər təqdim etməkdə davam edir.
Azercell-dən "Hədsiz" tarif paketi

Azərbaycan, Bakı, 15 iyul /Trend/

Azərbaycanın lider mobil operatoru Azercell Telekom MMC abonentləri üçün ardıcıl və bir-birindən maraqlı sərfəli təkliflər və unikal xidmətlər təqdim etməkdə davam edir.

Şirkət bu dəfə fiziki statusa malik olan Azercell Fakturalı Xətt abunəçiləri üçün yeni tarif paketini istifadəyə verib. 15.07.2014 tarixindən etibarən Azercell abunəçilərinə təqdim olunan "Hədsiz" tarif paketinə qoşulmaqla siz aylıq 49,9 AZN abunə haqqı muqabilində inanılmaz endirim xidmətlərindən yararlana bilərsiniz. Belə ki, bu paketə qoşulduqda abunəçi şəbəkədaxili 3000 dəqiqə və şəbəkəxarici 500 dəqiqə zənglər etmək, 2000 ədəd ölkədaxili və beynəlxalq SMS göndərmək və 2000 MB həcmində mobil internet xidmətindən istifadə etmək imkanına malik olur.

Abunə haqqı müqabilində verilən

Əlavə xidmətlər

AZN ilə (ƏDV daxil)

Əlavə xidmətlər

AZN ilə (ƏDV xaric)

şəbəkədaxili dəqiqələr

3000

0.05

0.042373

şəbəkəxarici dəqiqələr

500

0.05

0.042373

SMS

2000

0.02

0.016949

İnternet MB

2000

0.20

0.169492

MMS

-

0.05

0.042373

Abunəçilər tarifə qoşulmaq üçün Azercell Müştəri xidmətlərinə müraciət edə və ya diler dükanlarından yeni fakturalı xətt nömrəsi ala bilər. Azercell MMC-nin Telekom şəbəkəsində fiziki şəxs statusuna malik olan Fakturalı xətt abunəçilər bu tarifə qoşulduqda abunə haqqı müqabilində verilən xidmətlərdən qoşulma günündən sonra növbəti gündən etibarən faydalana bilərlər. Buna qədər abunəçinin xidmətlərdən istfadəsinin tarifikasiyası öncəki tarifinə uyğun olacaq. Azercell-in abunəçilərinə təqdim etdiyi "Hədsiz" tarif paketinə qoşulmaqla, sərbəst ünsiyyətdən zövq alın!

Məqalədə:
Xəbər lenti

Xəbər lenti