...

Gəncədə qadın, qızı və nəvəsi yol qəzasının qurbanı olub

Hadisə Materials 1 Oktyabr 2012 13:09 (UTC +04:00)
Faktla bağlı cinayət işi başlanıb.
Gəncədə qadın, qızı və nəvəsi yol qəzasının qurbanı olub

Azərbaycan, Bakı, 1 oktyabr /Trend, müxbir K.Zərbalıyeva/

Gəncədə avtomobil qadını, onun qızını və nəvəsini vurub, onların hər üçü hadisə yerində keçinib.

Trend Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, sentyabrın 30-da saat 20:55 radələrində Gəncə şəhəri ərazisində müəyyən edilməmiş avtomaşınla yolu keçən şəhər sakinləri Urux Əsgərova, qızı Vəfa Vəliyeva və nəvəsi Xatın vurulub.

Nəticədə hər 3 piyada aldıqları xəsarətlərdən hadisə yerində ölüblər.

Faktla bağlı cinayət işi başlanıb. Hadisəni törədən sürücü və avtomobil polis tərəfindən axtarılır.

Xəbər lenti

Xəbər lenti