Bakı. Trend:
Milli Məclisinin İnsan hüquqları, Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclası keçirilir.
Trend-in məlumatına görə, iclasda İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatı müzakirə olunur.
İclasda Milli Məclisin komitə sədrləri, deputatlar, Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin rəhbərliyi, vətəndaş cəmiyyəti təşkilatlarının nümayəndələri iştirak edir.