...

Yenə də Türkiyə, yenə də avtobus qəzası

Hadisə Materials 17 Sentyabr 2014 10:52 (UTC +04:00)
Türkiyənin cənub-qərbindəki Konya vilayətində sərnişin avtobusunun aşması nəticəsində 22 nəfər xəsarət alıb.
Yenə də Türkiyə, yenə də avtobus qəzası

Azərbaycan, Bakı, 17 sentyabr /Trend, müxbir Rufiz Hafizoğlu /

Türkiyənin cənub-qərbindəki Konya vilayətində sərnişin avtobusunun aşması nəticəsində 22 nəfər xəsarət alıb. Trend xəbər verir ki, bu barədə çərşənbə günü "Haber7" telekanalı məlumat yayıb.

Avtobus sürücünün idarəetməni itirməsi nəticəsində aşıb.

Xəsarət alanlar yaxınlıqdakı xəstəxanalara yerləşdiriliblər. Onların hamısı Türkiyə vətəndaşlarıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti