...

Azərbaycanda turizmin inkişafı ilə bağlı ayrıca qanun qəbul oluna bilər - komitə sədri

Cəmiyyət Materials 24 Yanvar 2011 11:59 (UTC +04:00)
Azərbaycanda turizmlə bağlı ayrıca qanun qəbul oluna bilər. Bu barədə Trend-ə Milli Məclisin Mədəniyyət komitəsinin sədri Nizami Cəfərov bildirib.
Azərbaycanda turizmin inkişafı ilə bağlı ayrıca qanun qəbul oluna bilər - komitə sədri

Azərbaycan, Bakı, 22 yanvar /Trend, müxbir M.Əliyev/

Azərbaycanda turizmlə bağlı ayrıca qanun qəbul oluna bilər. Bu barədə Trend-ə Milli Məclisin Mədəniyyət komitəsinin sədri Nizami Cəfərov bildirib.

Onun sözlərinə görə, Azərbaycan Parlamenti turizm sahəsinin inkişaf etdirilməsi ilə bağlı qanunvericiliyi zənginləşdirmək niyyətindədir.

"Milli Məclisin Mədəniyyət komitəsi digər müvafiq komitələrlə birlikdə turizmin inkişafı ilə bağlı ayrıca qanun hazırlaya bilər", - Cəfərov bildirib.

Prezident İlham Əliyevin təşəbbüsü ilə Azərbaycanda 2011-ci il "Turizm ili" elan edilib.

Komitə sədrinin sözlərinə görə, həmçinin Azərbaycanın ayrı-ayrı regionlarının tarixi abidələrinin qorunması, bərpası ilə bağlı eksperimental xarakterli təkliflər də var. "Azərbaycanın hər bir regionu sadəcə yaşayış məntəqəsi deyil, onlar tarixi abidələrlə zəngindir, fərqli etnoqrafiyaya, mətbəxə malikdir. Bu regionlarla bağlı ayrıca qanunlar qəbul oluna bilər", - Cəfərov bildirib.

Cəfərov, həmçinin bildirib ki, hazırda Mədəniyyət və Turizm Nazirliyi ilə 15 il əvvəl qəbul olunmuş "Mədəniyyət haqqında" qanun üzərində yenidən işlənilir.

"Yeni qanunda turizm məsələsi daha geniş yer alacaq. "Qanunda turizmin mədəniyyətlə bağlı olan sahəsi - tarixi abidələrin turist marağı üçün tələb olunan səviyyəyə gətirilməsi, onların meydana çıxarılması, bərpası, turist məkanlarında milli musiqinin, rəssamlığın, teatrın inkişaf etdirilməsi öz əksini tapacaq", - Cəfərov bildirib.

Xəbər lenti

Xəbər lenti