...

Bakıda Şəhidlər xiyabanındakı qəbirlər üzərində təhqiredici hərəkətlərin edilməsi faktı üzrə cinayət işi başlanıb

Cəmiyyət Materials 22 Avqust 2014 15:30 (UTC +04:00)
Avqustun 21-dən 22-nə keçən gecə paytaxtın Şəhidlər xiyabanında qəbirlər üzərində təhqiredici hərəkətlərin edilməsi faktı ilə bağlı Bakı şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 245-ci maddəsi ilə cinayət işi başlanıb.
Bakıda Şəhidlər xiyabanındakı qəbirlər üzərində təhqiredici hərəkətlərin edilməsi faktı üzrə cinayət işi başlanıb

Azərbaycan, Bakı, 22 avqust /Trend/

Avqustun 21-dən 22-nə keçən gecə paytaxtın Şəhidlər xiyabanında qəbirlər üzərində təhqiredici hərəkətlərin edilməsi faktı ilə bağlı Bakı şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 245-ci maddəsi ilə cinayət işi başlanıb.

Baş Prokurorluğun mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, cinayət işi üzrə istintaqın aparılması Bakı Şəhər Baş Polis İdarəsinin İstintaq idarəsinə tapşırılıb.

Hadisəni törədən şəxs və ya şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb edilməsi istiqamətində təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri həyata keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti