...

Azərbaycan sinoptikləri xəbərdarlıq etdi (ƏLAVƏ OLUNUB)

Cəmiyyət Materials 12 Sentyabr 2014 14:25 (UTC +04:00)
Sabah Bakıda güclü şimal küləyi əsəcək.
Azərbaycan sinoptikləri xəbərdarlıq etdi (ƏLAVƏ OLUNUB)

İlk xəbər 12:55-də yayılıb

Azərbaycan, Bakı, 12 sentyabr /Trend, müxbir İlhamə İsabalayeva/

Azərbaycan sinoptikləri bu gün axşamdan başlayaraq Bakıda güclü şimal küləyinin əsəcəyi barədə xəbərdarlıq edib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova Trend-ə bildirib ki, Bakıda və Abşeron yarımadasında sentyabrın 13-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində yağmursuz keçəcəyi gözlənilir. Şimal küləyinin güclənəcəyi ehtimalı var.

Sentyabrın 12-si axşamdan 14-ü axşamadək Abşeron yarımadasında şimal-qərb küləyinin güclənəcəyi gözlənilir.

Bakıda və Abşeron yarımadasında havanın temperaturunun gecə 18-23, gündüz 26-31 dərəcə isti olacağı proqnozlaşdırılır.

Sentyabrın 13-də Azərbaycanın bölgələrində bəzi yerlərdə gecə və axşam şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Qərb küləyi əsəcək, arabir güclənəcək.

Havanın temperaturunun gecə 19-24, gündüz 30-35, dağlarda gecə 10-15, gündüz 19-24 dərəcə isti olacağı gözlənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti