Azərbaycan, Bakı, 16 sentyabr /Trend, müxbir İlkin İzzət/
Sabahdan Bakının giriş yollarında hərəkət qismən məhdudlaşdırılacaq. Bu barədə Trend-ə Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat katibi Pünhan Mürsəliyev deyib.
Onun sözlərinə görə, sentyabrın 16-sı saat 22:00-dan etibarən Bakıda Azneft meydanından Dövlət Bayrağı meydanınadək, sentyabrın 17-si saat 09:30-dan etibarən Lökbatan dairəsindən Ələt qəsəbəsinədək, sentyabrın 17-si saat 22:00-dan isə Bibiheybət məscidindən Lökbatan dairəsinədək olan hissələrdə yolda üfüqi nişanlama (xətləmə) işləri aparılacaq.
Bununla əlaqədar adıçəkilən yollarda nəqliyyatın hərəkəti qismən məhdudlaşdırılacaq.