...

“Bilik Kuboku” uğrunda breyn-rinq yarışlarının ikinci seçim oyunu keçirilib

Cəmiyyət Materials 19 Sentyabr 2014 10:31 (UTC +04:00)
Təhsil Nazirliyinin təsis etdiyi “Bilik Kuboku” uğrunda breyn-rinq yarışlarının ikinci seçim oyunu keçirilib.
“Bilik Kuboku” uğrunda breyn-rinq yarışlarının ikinci seçim oyunu keçirilib

Azərbaycan, Bakı, 19 sentyabr /Trend, müxbir İlhamə İsabalayeva/

Təhsil Nazirliyinin təsis etdiyi "Bilik Kuboku" uğrunda breyn-rinq yarışlarının ikinci seçim oyunu keçirilib. Trend-in Təhsil Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, yarışlarda ölkəmizin 15 bölgəsini təmsil edən 30 komanda iştirak edir.

Sentyabrın ikinci seçim oyunu "Kapital bank" və "Qafqaz Universiteti" komandalarının qarşılaşması ilə başlayıb. "Kapital bank" rəqibinə bir xal üstünlüyü - 5-4 hesabı ilə qalib gəlib. "Orion" və "Romantik" komandaları arasında baş tutan ikinci seçim görüşü də birincinin qələbəsi ilə başa çatıb.

Sonrakı iki finalda "Kapital bank"la "Orion" komandaları birincilik uğrunda mübarizə aparıblar. 2 oyunda hesab bərabər olduğundan üçüncü - həlledici oyun oynanılıb. Burada "Kapital bank" üstünlük qazanaraq sentyabr ayının finalında oynamaq hüququ əldə edib.

Oyunlar ilin sonunadək davam edəcək və 15-ci oyunda Təhsil Nazirliyi tərəfindən təsis olunmuş "Bilik kuboku"nun sahiblərinin adları məlum olacaq. Həmin oyunda sentyabr, oktyabr və noyabr aylarının çempionları iştirak edəcək.

"Bilik kuboku"nun qalibi Təhsil Nazirliyi tərəfindən elekton kitab oxuyucusu ilə mükafatlandırılacaq. Eyni zamanda qalib komandaya sponsorlar planşetlər və hesabında 3 min AZN olan plastik kart təqdim edəcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti