Azərbaycan, Bakı, 22 oktyabr /Trend, müxbir İlkin İzzət/
Bakının Binəqədi rayonunda avaraçılıq və dilənçiliklə məşğul olan 36 nəfər saxlanılıb.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Binəqədi Rayon Polis İdarəsi 6-cı Polis Bölməsi əməkdaşları tərəfindən avaraçılıq və dilənçiliklə məşğul olan 36 nəfər saxlanılıb və barələrində inzibati tədbir görülərək yaşadıqları Yevlax şəhərinə göndəriliblər. Saxlanılanlardan 19-u qadın, 3-ü kişi, 14-ü azyaşlıdır.