...

Fransada terror aktı: ölənlərin sayı 84-ə çatdı (FOTO/VİDEO) (YENİLƏNİB)

Dünya xəbərləri Materials 15 İyul 2016 10:23 (UTC +04:00)
Ölənlərin sayı 84 nəfərə çatıb
Fransada terror aktı: ölənlərin sayı 84-ə çatdı (FOTO/VİDEO) (YENİLƏNİB)

Təfərrüatlar əlavə olunub (ilk xəbər saat 01:48-də yayılıb)

Bakı. Trend:

Fransanın Nitsa şəhərində törədilmiş terror aktı nəticəsində ölənlərin sayı 84 nəfərə çatıb. Trend-in məlumatına görə, bu barədə RİA Novosti Fransanın Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.

X X X

Fransanın Nitsa şəhərində törədilmiş terror aktı nəticəsində ölənlərin sayı 80 nəfərə çatıb. Bu barədə Trend RİA Novosti-yə istinadən xəbər verir.

X X X

03:06

Fransanın Nitsa şəhərində törədilmiş terror aktı nəticəsində ölənlərin sayı 73 nəfərə çatıb, daha 120 nəfər xəsarət alıb. Bu barədə Trend RİA Novosti-yə istinadən xəbər verir.

X X X

02:25

Fransanın Nitsa şəhərində törədilmiş terror aktı nəticəsində 60 nəfər ölüb, 100 nəfər xəsarət alıb.

Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, Nitsa şəhərində yük avtomobilini insanların üzərinə sürən şəxs polis tərəfindən güllələnib.

X X X

01:48

Fransanın Nitsa şəhərində terror aktı törədilib. Bu barədə Trend TASS-a istinadən xəbər verir.

Terror aktı nəticəsində təxminən 50 nəfər qətlə yetirilib.

Məlumata əsasən, naməlum şəxslər yük avtomobilini küçədə bayram şənliyi ilə əlaqədar gəzişən insanların üzərinə sürüb. BFM TV telekanalının məlumatına görə, terrorçular və polis arasında atışma olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti