...

Türkiyə Konstitusiyasına dəyişikliklər üzrə referendumun ilkin vaxtı bilindi

Dünya xəbərləri Materials 25 Noyabr 2016 12:36 (UTC +04:00)
Türkiyə Konstitusiyasına dəyişikliklər üzrə referendum gələn ilin martında keçirilə bilər.
Türkiyə Konstitusiyasına dəyişikliklər üzrə referendumun ilkin vaxtı bilindi

Ankara. Atilla Caner - Trend:

Türkiyə Konstitusiyasına dəyişikliklər üzrə referendum gələn ilin martında keçirilə bilər.

Trend-in məlumatına görə, bunu Ankarada jurnalistlərə Türkiyənin Baş naziri Binəli Yıldırım deyib.

Onun sözlərinə görə, referendum bu məsələ ölkə parlamentində həll olunmayacağı təqdirdə keçiriləcək.

Növbədənkənar parlament seçkilərinə gəlincə, Baş nazir qeyd edib ki, növbədənkənar seçkilər keçirilməyəcək.

B.Yıldırım əlavə edib ki, 2019-cu ildə Türkiyədə parlament, prezident və bələdiyyə seçkiləri keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti