Bakı. Trend:
Qırğızıstan Konstitusiyasına düzəlişlər edilməsi ilə bağlı referendum başa çatıb.
Trend-in Kabar agentliyinə istinadən verdiyi xəbərə görə, düzəlişlərin lehinə 912 min 268 nəfər səs verib ki, bu da vətəndaşların 79.67% deməkdir.
Qırğızıstan qanunlarına görə, hüququ olan vətəndaşların 30%-dan çoxu səs verdikdə referendum baş tutmuş hesab edilir.