...

Mosulu daha 250 min nəfər tərk edəcək

Dünya xəbərləri Materials 25 Yanvar 2017 16:22 (UTC +04:00)
Ötən il oktyabrın 17-dən Mosulun azad edilməsi əməliyyatı davam edir.
Mosulu daha 250 min nəfər tərk edəcək

Bakı. Orxan Quluzadə - Trend:

İraqın Mosul şəhərinin qərb hissəsinin İŞİD terror təşkilatından azad olunması əməliyyatına hazırlıqla əlaqədar daha 200-250 min insan öz evini tərk edə bilər.

Trend-in "Anadolu" agentliyinə istinadən verdiyi məlumata görə, bunu İraqın miqrasiya işləri üzrə naziri Casim əl-Caf deyib.

Nazir qeyd edib ki, təxminən 150 min nəfər Mosulun şərq hissəni tərk edib: "Yaxın günlərdə şəhərin qərb məhəllələrinin terrorçulardan azad edilməsi üzrə əməliyyat başlayacaq ki, bu da yeni qaçqın axınına gətirib çıxaracaq. Onların hamısı şəhərin şərqindəki qaçqın düşərgələrinə yerləşdiriləcək".

Bununla belə, əl-Caf əməliyyatın dəqiq tarixini açıqlamayıb.

Onun sözlərinə görə, İŞİD əleyhinə əməliyyatlarla əlaqədar olaraq, artıq 1,6 milyon İraq vətəndaşı öz evini tərk edib.

Xatırladaq ki, ötən il oktyabrın 17-dən Mosulun azad edilməsi əməliyyatı davam edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti