Bakı. Trend:
Ankarada səfərdə olan ABŞ-ın Dövlət katibi Reks Tillerson Baş nazir Binəli Yıldırımla görüşüb.
Trend-in məlumatına görə, görüş zamanı İŞİD terror təşkilatı ilə mübarizə və Fətulla Gülənin Türkiyəyə ekstrtadisiyası kimi məsələlər müzakirə olunub.
Tərəflər arasında görüş 40 dəqiqə davam edib. Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu da görüşdə iştirak edib.