...

Azərbaycanın regional televiziya kanalları "Azerspace 1"-in resurslarında yerləşdiriləcəklər

Telekommunikasiya Materials 23 Dekabr 2013 13:17 (UTC +04:00)

Azərbaycan, Bakı, 23 dekabr /Trend, müxbir H.Vəliyev/

Azərbaycanın regional televiziya kanalları "Azerspace/Africasat 1a"-nın resurslarında yerləşdiriləcəklər. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi "Azərkosmos" ASC-dən bildirilib.

Azərbaycanın regional televiziya kanallarının "Azerspace/Africasat 1a"-ya keçidində məqsəd yayılan siqnalların keyfiyyətinin və yerli TV-kontentinin yayımının stabilliyinin təmin olunmasıdır.

ASC-dən deyilib: "Bu məsələ ilə bağlı regional televiziya kanalları ilə danışıqlar artıq aparılıb və onların proqramlarının "Azerspace/Africasat 1a" peyki ilə yayımı kanalların texniki hazırlığından sonra mümkün olacaq".

Hazırda peykin köməyi ilə 70-ə yaxın televiziya və radio kanalı yayımlanır ki, onlardan 19-u yerlidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti