...

İlk azərbaycanlı qadın teatr rejissorunun xatirə gecəsi keçirilib

Mədəniyyət Materials 17 Oktyabr 2012 16:56 (UTC +04:00)
Mədəniyyət və Turizm Nazirliyinin müvafiq əmri ilə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında əməkdar incəsənət xadimi, ilk azərbaycanlı peşəkar qadın teatr rejissoru Ulduz Əliyeva-Rəfilinin anadan olmasının 90 illik yubileyinə həsr olunmuş xatirə gecəsi keçirilib.
İlk azərbaycanlı qadın teatr rejissorunun xatirə gecəsi keçirilib

Azərbaycan, Bakı, 17 oktyabr /Trend/

Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin müvafiq əmri ilə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında əməkdar incəsənət xadimi, ilk azərbaycanlı peşəkar qadın teatr rejissoru Ulduz Əliyeva-Rəfilinin anadan olmasının 90 illik yubileyinə həsr olunmuş xatirə gecəsi keçirilib.

Trend Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinə istinadən məlumat verir ki, Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar və teatrın quruluşçu rejissoru, xalq artisti Cənnət Səlimova Azərbaycan teatr sənətinin inkişaf edib formalaşmasında əvəzsiz xidmətləri olmuş Ulduz Əliyevanın genişmiqyaslı rejissorluq fəaliyyətinə nəzər salaraq, onun mənalı həyat yolu və maraqlı yaradıcılıq tarixçəsindən danışıblar.

Teatrın aktyorları, xalq artistləri Tariyel Qasımov, Yasin Qarayev, əməkdar artist Lətifə Əliyeva, aktyorlar Almaz Mustafayeva, Sona Babayeva sənətkar haqqında xatirələrini bölüşüblər.
Tədbirdə vaxtilə Ulduz Əliyevanın Dövlət Gənc Tamaşaçılar Teatrında quruluş verdiyi "Kiçik faciələr" (A.S.Puşkin) "Şirinbala bal yığır" (S.Qədirzadə), "Mənim nəğməkar bibim" (Ə.Əylisli), "Qaraca qız" (S.Sani Axundov) tamaşalarından parçalar nümayiş etdirilib, "Təbəssüm" uşaq rəqs kollektivi, əməkdar artist Nərgiz Kərimova, Ulduz Əliyeva-Rəfilinin opera studiyasında tələbəsi olmuş müğənni İntiqam Kərimovun, Musiqili Komediya Teatrının solisti Elvin Əliyevin çıxışları ilə yanaşı, teatrın aktyoru İlham Əsədovun ifaları maraqla qarşılanıb.

Tədbirin rejissoru əməkdar incəsənət xadimi Bəhram Osmanov olub.

Qeyd edək ki, "Ulduz Əliyeva-Rəfili Saleh qızı 15 dekabr 1922-ci ildə Gəncədə anadan olub. 1951-ci ildə M.Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunun "Rejissorluq" fakültəsini bitirib.

1952-ci ilin sentyabr ayından Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında rejissor vəzifəsində fəaliyyətə başlayan U.Əliyeva baş rejissor vəzifəsinə qədər yüksəlib. Bu illər ərzində o, 50-dən artıq tamaşaya: "İkinci ailə" (1954), "Ayrılan yollar" (1957), "Durna qatarı" (1958), V.Hüqo "Qavroş" (1959), "Ümid nəğməsi" (1959), "Hünər" (1963), S.Qədirzadə "Şirin bala bal yığır" (1965), "Xoruz" (1965), X.Əlibəyli "Dovşanın ad günü" (1966), C.Məmmədov "Dan ulduzu" (1967), K.Haldoni "İki ağanın bir nökəri" (1968), M.Təhmasib "Rübailər aləmində" (1968), Anar "Keçən ilin son gecəsi" (1968), S.Sani Axundov "Qaraca qız" (1971), X.Əlibəyli "Aycan" (1973), Ə.Əylisli "Mənim nəğməkar bibim" (1975) və s. maraqlı quruluşlar verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti