Azərbaycan mədəniyyətinə ağır itki üz verib

Azərbaycan mədəniyyətinə ağır itki üz verib

Azərbaycan, Bakı, 21 dekabr /Trend/

Azərbaycan mədəniyyətinə ağır itki üz verib. Müasir Azərbaycan təsviri sənətinin görkəmli nümayəndəsi, xalq rəssamı, əməkdar incəsənət xadimi, Dövlət mükafatı laureatı, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü Oqtay Sadıqzadə 2014-cü il dekabrın 20-də ömrünün 94-cü ilində vəfat edib.

Oqtay Sadıqzadə 1921-ci il fevralın 21-də Xızıda Azərbaycan ədəbiyyatının tanınmış nümayəndələri- yazıçı Seyid Hüseynin və şairə Ümgülsümün ailəsində anadan olub. Uşaqlıq illərindən yaradıcı bir mühitdə böyüməsi onun gələcək sənətkar taleyini müəyyənləşdirib. O, 1935-1939-cu illərdə Bakı Rəssamlıq Texnikumunda təhsil alaraq ilk əsərləri ilə sənətşünasların diqqətini cəlb edib. 1941-ci ildə repressiyaya məruz qalmış ailənin nümayəndəsi kimi Oqtay Sadıqzadə sürgün olunub, lakin düşdüyü ağır şəraitə baxmayaraq, yaradıcılığını davam etdirib. 1946-cı ildə Bakıya qayıtdıqdan sonra kitab qrafikası ilə məşğul olmağa başlayıb və bu sahədə nəzərəçarpacaq uğurlar qazanıb. Təhsilini davam etdirmək üçün o, Surikov adına Moskva Dövlət Rəssamlıq İnstitutuna daxil olub və 1956-cı ildə qrafika ixtisası üzrə institutu bitirib.

Təhsilini başa vurduqdan sonra "Azərnəşr"də bədii redaktor kimi əmək fəaliyyətinə başlayan Oqtay Sadıqzadə nəşriyyatda çalışdığı ilk illərdən Azərbaycan və dünya ədəbiyyatının görkəmli nümayəndələrinin əsərlərinə çəkdiyi illüstrasiyalarla kitab qrafikası aləminə qədəm qoyub. Bu dövrdə dünya təsviri sənətinin nailiyyətlərindən bəhrələnməklə o, ədəbi fikrin qüdrətli simalarından Balzakın, Hüqonun, Turgenevin, Qorkinin, Mirzə Fətəli Axundzadənin, Hüseyn Cavidin, Cəfər Cabbarlının, Rəşad Nuri Güntəkinin və digər söz ustalarının əsərlərinin dərin emosional təsir gücünə malik yaddaqalan obrazlarını yaradıb.

Oqtay Sadıqzadə tematik tablo, kompozisiya və portret janrlarında çəkdiyi əsərləri ilə şöhrət qazanaraq, qısa müddət ərzində müasir Azərbaycan incəsənətinin inkişafında xüsusi xidmətləri ilə seçilən fırça ustasına çevrilib. Milli rəssamlıq sənətinin inkişafında müstəsna rol oynayan sənətkarın ayrı-ayrı janr və mövzularda yaratdığı boyakarlıq və qrafika əsərləri dövrün sənət salnaməsi olub, təsvir formalarının sadəliyi və rəngarəngliyi ilə səciyyələnərək incəsənət tariximizdə özünəməxsus yer tutur.

Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin, Azərbaycan Milli Tarixi Muzeyinin, Üzeyir Hacıbəyli, Hüseyn Cavid, Səməd Vurğun və Bülbülün ev muzeylərinin tərtibatında rəssamın əsərlərinə xüsusi yer verilib. Rəssamın Azərbaycan xalqının görkəmli şəxsiyyətlərinin portretlərindən ibarət rəsmlər qalereyası milli mədəniyyətimizə dərin hörmət aşılamaqla yanaşı, nadir kolorit bütövlüyü və səlisliyi ilə səciyyələnir. Onun obrazların təkrarolunmazlığı, kompozisiya üsullarının müxtəlifliyi və rəngkarlıq həllinin mükəmməlliyi ilə seçilən "Nizami Gəncəvi və dünya mədəniyyəti" adlı monumental silsilə əsərləri, Qətran Təbrizinin, Xurşidbanu Natəvanın portretləri, "1937-ci il repressiyasının qurbanları" tablosu və "Hüseyn Cavidin aləmi" triptixi məhz bu qəbildəndir.

Sənətkarın əsərləri Azərbaycan Dövlət İncəsənət Muzeyində, eləcə də Moskva Dövlət Tretyakov Qalereyası kimi mötəbər mədəniyyət mərkəzində nümayiş etdirilir, Amerika Birləşmiş Ştatları, Almaniya, Kanada, İsrail və digər ölkələrdəki şəxsi kolleksiyalarda saxlanılır.

Ölkəmizdə müasir rəssamlıq məktəbinin təşəkkülü və inkişafında Oqtay Sadıqzadənin böyük xidmətləri vardır. Pedaqoji sahədə səmərəli fəaliyyət göstərməklə o, özünün zəngin bilik və təcrübəsini gənc rəssamlar nəslinin yetişdirilməsi işinə həsr etmişdir.

Oqtay Sadıqzadənin yaradıcılığı hər zaman sənətsevərlərin diqqət mərkəzində olub və dövlət tərəfindən yüksək qiymətləndirilib. Rəssamın müstəqil respublikamızın ali mükafatları olan "Şərəf" və "Şöhrət" ordenləri ilə təltif edilməsi onun sənətinə, şəxsiyyətinə diqqət və ehtiramın parlaq ifadəsidir. O, 2014-cü ildə təsviri sənətin inkişafında xidmətlərinə görə Azərbaycan Respublikasının Dövlət mükafatına layiq görülüb.

Görkəmli sənətkar, əsl ziyalı və qayğıkeş insan Oqtay Seyid Hüseyn oğlu Sadıqzadənin işıqlı xatirəsi xalqımızın qəlbində daim yaşayacaqdır.

Allah rəhmət eləsin!

İlham Əliyev

Artur Rasizadə

Oqtay Əsədov

Ramiz Mehdiyev

Elçin Əfəndiyev

Hacıbala Abutalıbov

Fatma Abdullazadə

Əbülfəs Qarayev

Mikayıl Cabbarov

Fərhad Xəlilov

Tahir Salahov

Ömər Eldarov

Tokay Məmmədov

Altay Hacıyev

Dövlət Neft Fondu texniki xidmət üzrə tender elan edib
Dövlət Neft Fondu texniki xidmət üzrə tender elan edib
"Aztelekom" elektrik qurğuları satın alacaq
"Aztelekom" elektrik qurğuları satın alacaq
"Azərsu" daha bir tender elan edib
"Azərsu" daha bir tender elan edib
Loading Bars
Xəbər lenti
ATƏT-in Minsk Qrupu həmsədr ölkələri Qarabağla bağlı birgə bəyanat yayıb
Bakıda 14 obyekt karantin qaydalarını pozub - İqtisadiyyat Nazirliyi
Prezident İlham Əliyevin təşəbbüsü əsasında BMT Baş Assambleyasının COVID-19-la bağlı xüsusi sessiyası başlayıb
Rusiya ümid edir ki, UNESCO missiyası dini məbədlərin mühafizəsinin qiymətləndirilməsi üçün Qarabağa gələcək
ƏƏSMN və “Mtv Azərbaycan” “Bərabərik” layihəsini təqdim edir (FOTO/VİDEO)
Gürcüstanda parlament seçkilərinin yekun nəticələri açıqlanıb
Təhsil Nazirliyi tələbələrə müraciət edib
Azərbaycanda 11 ayda sosial təminat üzrə 5 milyard 264 milyon manat ödəmə edilib
SOCAR-ın qaz ehtiyatları təxminən 14 faiz artıb
Prezident İlham Əliyev Azərbaycan xalqının milli maraqlarını qətiyyətlə müdafiə edərək tarixi qələbəyə imza atdı
Mədəniyyət nazirinin sabiq müavini və xidmət rəisinin həbs müddəti uzadıldı
Türk dünyası “Vikipediya”da: Bir ay ərzində 60-dan çox məqalə yaradılıb
Ceyhun Bayramov və Mevlüt Çavuşoğlu arasında telefon danışığı olub
Beynəlxalq Bankdan alınacaq problemli aktivlər əvəzində əldə edilən əmlakın bölüşdürülməsi qaydası dəyişib
Milli Preventiv Qrupun üzvləri Şəki rayon Psixiatriya Xəstəxanasına başçəkmə həyata keçirib (FOTO)
Dekabrın 4-də manatın dollara qarşı məzənnəsi
Sumqayıtda koronavirusa qarşı nəzarət-profilaktik tədbirlər genişləndirilib (FOTO)
Gəncədə xüsusi karantin rejiminə riayət etməyənlər cərimələnib (FOTO)
Azərbaycan kommersiya banklarının birgə bankomat şəbəkəsi istifadəyə verilib
Münaqişələrin tənzimlənməsində ATƏT-in potensialına tələbat var - Sergey Lavrov
Tovuz və Gədəbəyin kəndlərində içməli su layihələri icra edilir (FOTO)
Ermənistan müxalifəti Paşinyanın yerinə vahid namizədini açıqladı
Qarabağ razılaşması Türkiyə-Ermənistan münasibətlərinə müsbət təsir edə bilər - Mövlud Çavuşoğlu
Koreya hökuməti ölkəmizə Səyyar COVID - 19 Müayinə Köşkləri ianə edib (FOTO)
Yelo Bank «Yelo school» sosial layihəsinin ikinci hissəsinə start verdi
Qobustanda virusun yayılmasına şərait yaradan iki COVİD-19 xəstəsi saxlanılıb
Pərviz Şahbazov 7-ci Beynəlxalq Enerji Forumu - Beynəlxalq Qaz İttifaqı Nazirlərinin Qaz Forumunda iştirak edib
Azərbaycan Prezidentinin təşəbbüsü ilə BMT-nin xüsusi sessiyasının keçirilməsi tarixi hadisədir - Deputat
Bakıda evi tərk edən COVİD-19 daşıyıcıları saxlanılıb (VİDEO)
Yaşayış yerini tərk edın COVİD-19 daşıyıcısana cinayət işi açıldı (VİDEO)
Bakının şimal girişi yenilənir - RƏSMİ (FOTO)
FAO ilə AQTA arasında növbəti işgüzar görüş keçirilib (FOTO)
Azərbaycanda 4 189 nəfər COVID-19-a yoluxdu, 2 072 nəfər sağaldı, 40 nəfər vəfat etdi
FHN Bakıda yaşayış binasında yanğın təhlükəsizliyi ilə bağlı nöqsanlar aşkarladı (VİDEO)
UNEC brendi Gürcüstanda da tanındı
Biz münaqişədən sonrakı yenidənqurma və bərpa mərhələsinə qədəm qoyuruq - Ceyhun Bayramov (FOTO)
"Thales" Azərbaycanın azad edilmiş ərazilərində bütün dəmiryol layihələrini dəstəkləyəcək
Bakıda Vətən müharibəsi memorial kompleksi və Zəfər muzeyi yaradılacaq - SƏRƏNCAM
Sabah saat 12:00-da şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək - SƏRƏNCAM
Türkiyə mətbuatı Azərbaycanın haqlı mübarizəsini bütün dünyaya çatdırıb - Hüseyn Altınalan
Süni intellekt texnologiyaları ilə bağlı xüsusi qanunlar qəbul edilməlidir - AMEA-nın vitse-prezidenti
Xətaidə ağacların kəsilməsi ilə bağlı şikayət araşdırılıb
Azərbaycanda ilk yüksək texnologiyalı protezlər hazırlanıb (FOTO)
İranda koronavirusa yoluxanların sayı 1 milyon nəfəri keçib
Şəhidlər haqqında ətraflı məlumat ictimaiyyətə təqdim olunacaq - MN
Bakıda 20 mindən artıq ağacın əkilməsi nəzərdə tutulub (FOTO)
Şuşa şəhərinin azad edilməsi dünya hərb tarixinə düşəcək - Müdafiə Nazirliyi
Laçın və Kəlbəcərə komendantlar təyin edildi - RƏSMİ
10 noyabr razılaşması Cənubi Qafqazda sülh və sabitliyi təmin edəcək - Ceyhun Bayramov
Prezident İlham Əliyev xalqın maraqlarını hər şeydən üstün tutub - Deputat
Müdafiə Nazirliyi itkin düşmüş və hazırda müalicə olunan hərbi qulluqçularımızın sayını açıqlayıb
Ərdoğanın Azərbaycana səfərinin tarixi məlum oldu
ATƏT sədri: Qarabağla bağlı öhdəliklərimizi yerinə yetirmək vaxtı çatıb
Vətən müharibəsində 2783 hərbi qulluqçumuz şəhid olub - MN
Bakı-Kiyev çarter reysləri açılır
Azərbaycanda Uşaq Məcəlləsi hazırlanacaq
Gəncədə polis koronavirusla mübarizə tədbirlərini gücləndirdi (FOTO)
Prezident İlham Əliyev noyabrın 8-inin Zəfər Günü kimi qeyd edilməsi barədə sərəncam imzalayıb
Zəfər Gününün təsis edilməsi haqqında sərəncam ləğv edilib
ATƏT dərin böhran keçirir - Qurumun sədri
Şəkidə yaşadığı ünvanı tərk edən COVİD-19 xəstəsi barədə araşdırmalara başlanılıb
“Qazax Sement Zavodu” MMC-nin İdarə Heyətinin sədri vəzifəsinə yeni təyinat
GUAM PA komitələrinin birgə iclasında Qarabağ məsələsi müzakirə edilib
Cəlilabad və Masallıda daha 2 koronavirus xəstəsi saxlanılıb (FOTO)
Belçika parlamentində ermənipərəst qüvvələrin anti-Azərbaycan səyləri puç oldu - Səfirlik
Zəfər Günü hər il noyabrın 8-də qeyd ediləcək - Prezident Administrasiyası
“Twitter” təhqirlə bağlı qaydaları sərtləşdirib
Suqovuşan və Talış kəndlərində inspektorlar təyin edilib, xidməti post qurulub - DİN (FOTO)
Pandemiya 32 milyondan çox insanın ifrat yoxsulluq həddinə çatmasına səbəb olacaq
Türkiyədən Azərbaycana polad ixracı azalıb
Sabahın hava proqnozu açıqlanıb
Prezidentə məktublar: Yazdığınız Qarabağ salnaməsinin sevinci hər kəsə qürur hissi bəxş edir
Laçının Hüsülü və Malıbəy kəndləri (VİDEO)
Zəngilanda yük maşını aşıb, sürücü ölüb
Qarabağ münaqişəsi birdəfəlik həll edildi - Tarixçi alim
Azərbaycanda qızıl və gümüş bahalaşıb
Zəngilanda növbəti dəfə 400 tut ağacı əkildi (FOTO)
Rusiyada koronavirusa 28 mindən çox şəxs yoluxdu
Əslində Minsk qrupu münaqişəni həll etmək istəməyib - Detallar indi üzə çıxır
Rəcəb Tayyib Ərdoğan Bakıya gələcək
Qarabağdakı kəhrizlərin əksəriyyəti dağıdılıb və ya qəsdən çirkləndirilib - AMEA-nın vitse-prezidenti
ABŞ-da "Qarabağ Azərbaycandır!" şüarı yazılmış lövhə quraşdırılıb (FOTO)
İlahiyyat İnstitutunun rektoru Avropa Şurası İşçi qrupunun iclasında iştirak edib (FOTO)
Müdafiə naziri Rusiya sülhməramlı qüvvələrinin komandanı ilə görüşüb
“AccessBank” “The Banker” tərəfindən “İlin bankı” seçilib
Azərbaycanda şəhid ailələrinə dəstək üçün 'Bir millət, bir ürək' təşəbbüsü
Xankəndi şəhəri Qarabağ Regional Ədliyyə İdarəsinin yurisdiksiyasına aiddir - Nazirlik
İsmayıllıda koronavirus xəstəsi barədə cinayət işi başlanılıb
Azərbaycan nefti bahalaşıb
Baş infeksionist evdə müalicə olunan xəstələrə xəbərdarlıq edib
Azərbaycanda kompüter təhlükəsizliyi ilə bağlı müraciətlərin sayı azalıb
Əlilliyi olan şəxslərin biznesə başlamasına və sahibkarlıq fəaliyyətinin inkişafına dəstək göstərilir
Bakı Ali Neft Məktəbində Cenevrə Biznes Məktəbi ikili diplomlu MBA proqramı uğurla davam edir (FOTO)
Ağdamda erkən dəmir dövrünə aid saxsı məişət əşyaları aşkarlanıb
Şabranda COVİD-19 xəstəsi saxlanılıb
Ermənilərin torpaqlarımızda törətdiyi yanğınlar heyvanların sayının kəskin azalmasına səbəb olub
Yerevanda zavod yanıb
Azərbaycanın peyk xidmətlərinin ixracından gəlirləri artıb
Ötən gün evi tərk edən 2 koronavirus xəstəsi həyatını itirib
"Azərişıq" elektrik enerji itkilərini azaldıb
Bütün xəbərlər