...

Canlı əfsanə "Kino evi"ndə (FOTO/VİDEO)

Mədəniyyət Materials 16 Mart 2017 19:13 (UTC +04:00)
Vaxtanq Kikabidzenin həyat və yaradıcılığına nəzər salınacaq.
Canlı əfsanə "Kino evi"ndə (FOTO/VİDEO)

Bakı. Trend:

Bu həftə "Kino evi"ndə Gürcüstan kinosunun əvəz edilməz aktyoru, populyar estrada müğənnisi, "Mimino" komediyasındakı nikbin təyyarəçi obrazı ilə ürəklərə yol tapan Vaxtanq Kikabidzenin həyat və yaradıcılığına nəzər salınacaq.

Aktyor martın 18-də saat 11:30-da Liderin efirində, Azərbaycanın xalq artisti Şamil Süleymanlı ilə müzakirə ediləcək.

Vaxtanq Konstantinoviç Kikabidze 1938-ci ilin 19 iyulunda Tbilisi şəhərində anadan olub. 1961-ci ildə Tbilisi Xarici Dillər İnstitutuna daxil olub və paralel olaraq aktyorluq və müğənnilik karyerasını davam etdirib. Onun kinodakı ilk debütü 1966–ci ildə "Dağlarda görüş" filmindən başlayır. Aktyor bir sıra kinolarda çəkilsə də, ona əsl şöhrəti 1977-ci ildə Georgi Daneliyanın "Mimino" filmindəki baş rolu gətirib. Bu filmə görə o, SSRİ Dövlət Mükafatına layiq görülüb.Vaxtanq Kikabidze həmçinin populyar estrada müğənnisi kimi də şöhrət tapıb. O bu gün də aktiv şəkildə yaradıcılıqla məşğuldur.

"Kino evi"nin layihə rəhbəri, idea müəllifi və aparıcısı Zeynəb Abdullah, "Kino mətbəx" rubrikasının aparıcısı isə Nigar Şamilovadır. Rejissor və montajor - İBO, operatorlar - Aydın Məcidli və Kamal Məmmədov, Fotograf - Tamerlan Səmədov

Veriliş 3 hissədən ibarətdir. Birinci hissədə tanınmış kino ulduzlarının müəmmalı həyatı haqqında məlumat verilir. İkinci hissə "Kino mətbəx" rubrikası adlanır. Həmin ulduzun obrazları xüsusilə də vizit kartı sayılan filmi, bizim hər hansı tanınmış sima ilə (aktyor, kinoşunas, rejissor) müzakirə olunur. Üçüncü hissə "Çək göstər" adlanır. Burada həvəskarlar tərəfindən çəkilən sosial çarxların, qısa metrajlı filmlərin yayımlanmasına şərait yaradılır. Verilişin mahiyyəti əyləncəvi və maarifləndirici xarakter daşıyır. Həftə ərzində kinoteatrlarda yayımlanacaq filmlərin afişası da nəzərdə tutulub.

Hər şənbə saat 11:30, təkrarı bazar ertəsi 12:30 və 03:30-da Lider TV efirində.

İnformasiya dəstəyi - Trend.az, Day.Az, Milli.Az

Xəbər lenti

Xəbər lenti