...

“Retro Bakı” layihəsi davam edir (FOTO)

Mədəniyyət Materials 11 Sentyabr 2017 20:37 (UTC +04:00)
Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin "Retro Bakı" layihəsi bu həftəsonu da zəngin konsert proqramı ilə yadda qalıb.
“Retro Bakı” layihəsi davam edir (FOTO)

Bakı. Trend:

Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin "Retro Bakı" layihəsi bu həftəsonu da zəngin konsert proqramı ilə yadda qalıb.

İdarədən Trend-ə verilən məlumata görə, mədəni tədbirlərin təşkili və yaradıcı gənclərlə iş üzrə mərkəzin təşkilatçılığı ilə Fəvvarələr Meydanında keçirilən konsertlərdə bu dəfə tanınmış müğənnilər İlqar Sail, Samir Rəcəbov və Elxan Çələbi, reper Anar Nağılbaz ,istedadlı ifaçılar Aliyə Novruzova, Nicat Cəfərzadə, Fuad Əsədov, Gülnar Soltan, Hüseyn Xəlilov, Validə Salayeva, Mədinə Babayeva, Araz Ozara, Aybəniz Çələbi, Çimnaz Sultanova, Məryam Şabanova, Delya Əliyeva, “Köhnə Bakı” və “Məşəl” rəqs ansamblları çıxışları ilə hər kəsə xoş ovqat bəxş ediblər.

Müğənnilərin təqdim etdiyi rəngarəng musiqi sədaları altında paytaxt sakinləri və turistlər rəqslər edib və maraqlı anlar yaşayıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti