...

Xocalı soyqırımına həsr olunmuş film “Kanal Avrupa”da nümayiş etdirilib (FOTO)

Gündəm Materials 28 Fevral 2018 22:31 (UTC +04:00)
Xocalı soyqırımının 26-cı ildönümü münasibətilə 2018-ci il 25 və 26 fevral tarixlərində Avropa ölkələrində 3 000 000-dan artıq tamaşaçı kütləsinə malik “Kanal Avrupa”da yayımlanan “Belçika aktuel” proqramı çərçivəsində, bu kanal tərəfindən ərsəyə gətirilmiş Xocalı soyqırımına aid sənədli film nümayiş etdirilib.
Xocalı soyqırımına həsr olunmuş film “Kanal Avrupa”da nümayiş etdirilib (FOTO)
Bakı. Trend:

Xocalı soyqırımının 26-cı ildönümü münasibətilə 2018-ci il 25 və 26 fevral tarixlərində Avropa ölkələrində 3 000 000-dan artıq tamaşaçı kütləsinə malik “Kanal Avrupa”da yayımlanan “Belçika aktuel” proqramı çərçivəsində, bu kanal tərəfindən ərsəyə gətirilmiş Xocalı soyqırımına aid sənədli film nümayiş etdirilib.

Bu barədə Trend-ə Azərbaycanın Belçikadakı səfirliyindən bildirilib.

Filmdə təcavüzkar Ermənistan tərəfindən Azərbaycan xalqına qarşı törədilmiş 21-ci əsrin ən böyük cinayətlərindən biri olan bu faciə haqqında geniş bəhs edilib, rəsmilərin, beynəlxalq QHT və düşüncə mərkəzi nümayəndələrinin, eləcə də faciə şahidlərinin insanlıq əleyhinə bu qanlı cinayət barədə fikirlərinə yer verilib, dünya və Avropa ictimaiyyəti bu soyqırıma ədalətli yanaşma nümayiş etdirməyə dəvət olunub.

Kanal Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinin diqqətinə çatdırılmasına xidmət edən silsilə sənədli filmləri bu ilin fevral – may ayları ərzində ərsəyə gətirməyi və nümayiş etdirməyi planlaşdırır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti