...

Dənizkənarı Milli Parkda pulsuz idman dərsləri keçiriləcək

İdman Materials 4 İyun 2019 16:41 (UTC +04:00)
Bulvarda pulsuz fitnes, yoqa, krosfitnes dərsləri keçiriləcək.
Dənizkənarı Milli Parkda pulsuz idman dərsləri keçiriləcək

Bakı. Ceyhun Ələkbərov - Trend:

Bulvarda pulsuz fitnes, yoqa, krosfitnes dərsləri keçiriləcək.

Trend-in məlumatına görə, bunu Dənizkənarı Bulvar İdarəsinin mətbuat xidmətinin rəhbəri Günay Yelmarqızı bidirib.

Onun sözlərinə görə, Dənizkənarı Bulvar İdarəsi iyunun 8-dən "Yay gəlir" kampaniyasına start verir:

"Layihə çərçivəsində həftə sonları Bulvarda açıq havada ödənişsiz fitnes, yoqa, krosfitnes dərsləri təşkil olunacaq. Məşqlər şənbə və bazar günləri gündə iki dəfə - saat 09:00-da və 19:00-da keçiriəcək. Şənbə günləri saat 10.00-da yoqa, axşam saat 19.00-da fitnes, bazar günləri saat 09.00-da krosfitness, axşam saat 19.00-da fitnes məşqlərinə qatıla bilərsiniz. Ağ Şəhər bulvarı ərazisində, açıq havada baş tutacaq məşqlərə giriş sərbəstdir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti