...

Ağsu dolayları yenidən buz bağladı

Gündəm Materials 18 Fevral 2021 10:08 (UTC +04:00)
Ağsu dolayları yenidən buz bağladı

Bakı. Samir Əli - Trend:

Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Ağsu rayonu ərazisindən keçən hissəsi buz bağlayıb.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Trend-ə verilən məlumata görə, Muğanlı - Ağsu - Yevlax avtomobil yolunda marşrut boyu zəif qar yağır, Muğanlı və Ağsu ərazisində 1-2 dərəcə şaxta var.

Səhər saatlarından başlayaraq yolun buz bağlamış hissələrinə qum-duz səpilib. Hazırda bu istiqamətdə işlər davam etdirilir. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti