...

Türkiyənin Antalya şəhərində "Dostluq Gecəsi" keçirilib (FOTO)

Gündəm Materials 24 İyun 2021 12:18 (UTC +04:00)
Türkiyənin Antalya şəhərində "Dostluq Gecəsi" keçirilib (FOTO)

Bakı. Trend:

Türkiyənin Antalya şəhərində "Dostluq Gecəsi" təşkil olunub.

Trend-in məlumatına görə, Antalya Bilim Kollecinin təşkilatçılığı ilə keçirilən mərasimdə Azərbaycanı "Antalya Azərbaycan Kültür və Dayanışma" Dərnəyi təmsil edib.

Türkiyə, Azərbaycan, Rusiya və Qazaxıstan mədəniyyəti ilə tanışlıq məqsədi daşıyan proqramdan öncə, gecədə təmsil olunan ölkələrin milli yeməkləri, şiriniyyatları və suvenirlər sərgilənib. Konsert proqramında səhnə alan kiçik həmyerlilərimiz musiqi, rəqs və şeir nömrələri ilə çıxış ediblər.

Proqramın sonunda iştirakçılara müxtəlif hədiyyələr təqdim olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti