...

"Azəriqaz"da sayğac borcunu necə öyrənmək olar? (FOTO)

Gündəm Materials 19 Aprel 2022 16:08 (UTC +04:00)
"Azəriqaz"da sayğac borcunu necə öyrənmək olar? (FOTO)
İlqar Şabanov
İlqar Şabanov
Bütün xəbərlər

Bakı. Trend:

“Azəriqaz" İstehsalat Birliyi daha bir yeniliyin tətbiqinə start verdi.

Abonentlər əvvəllər istehlak etdikləri təbii qaza görə yaranan borcu azeriqaz.az saytına daxil olaraq yalnız bildiriş şəklində görə bilirdilər. Yeni tətbiqdən yararlanmaqla abonentlər onlara lazım olan bir sıra məlumatları birliyin 104/185 çağrı mərkəzinə zəng etmədən özləri də biləcəklər.

Bunun üçün azeriqaz.az saytına daxil olaraq borcunu və limitini öyrən pəncərəsinə keçid etmək lazımdır.

Abunəçi kodu və ya sayğac nömrəsini qeyd edərək "borcunu öyrən" düyməsinə klik edir. Abonent bu səhifəyə daxil olduqdan sonra son ödəniş tarixi, son ödəniş məbləği Tarif Şurasının təbii qazdan istifadə tarifləri haqqında məlumatı, cari il ərzində abonentin təbii qazdan hansı limit tarifindən istifadə etdiyi, növbəti limit mərhələsinə keçid edəcəyinə dair bir sıra bütün lazimi məlumatlarla tanış ola bilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti