...

Qlobal istiləşmə su resurslarına öz təsirini göstərir - Muxtar Babayev

Gündəm Materials 9 Mart 2023 16:45 (UTC +04:00)
Qlobal istiləşmə su resurslarına öz təsirini göstərir - Muxtar Babayev
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Bu gün qlobal istiləşmə baş verir. Təbii ki, bu da su resurslarına öz təsirini göstərir.

Trend-in məlumatına görə, bu barədə X Qlobal Bakı Forumu çərçivəsində “Meqa təhlükələrin dövrü: iqlim təhlükəsizliyi, ərzaq təhlükəsizliyi, nüvə təhlükəsizliyi” adlı paneldə çıxışı zamanı Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev deyib.

O qeyd edib ki, Azərbaycanda hazırda daşqınlar daha çox olur.

“Bu, reallıqdır. Əvvəllər isə bu hallar daha az olurdu”, - deyə o əlavə edib.

Xatırladaq ki, martın 11-dək davam edəcək Forumda yeni dünya nizamına təhdid yaradan amillərə, o cümlədən, təhlükəsizlik məsələsinə və sülhün təmin olunması üçün perspektivlərə, bölünmüş dünyada dayanıqlılığın qurulmasına, onun qlobal sülhə təsirinə nəzər salınacaq, qarşıda duran çağırışların həlli yolları müzakirə olunacaq, dünyanı sarsıdan münaqişələrə, meqatəhdidlərə, o cümlədən iqlim, qida və nüvə təhlükəsizliyi məsələlərinə toxunulacaq, postpandemiya dövründə görüləcək işlərlə bağlı fikir mübadiləsi aparılacaq. Həmçinin, qlobal yoxsulluğun, bərabərsizliyin, iqlim böhranının və münaqişələrin simptomu kimi miqrasiyanın qarşısının alınması üçün tədbirlər əsas müzakirə mövzularından olacaq. İştirakçılar Avropanın gələcəyi ilə bağlı təsəvvürlərini bölüşəcək, populizmin və ekstremizmin mənbəyini araşdıracaq, ona qarşı səmərəli mübarizə yollarını müəyyənləşdirəcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti