...

Misir Qəzza zolağında atəşkəsə çağırıb

Gündəm Materials 25 Oktyabr 2023 04:33 (UTC +04:00)
Misir Qəzza zolağında atəşkəsə çağırıb
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Misir Qəzza zolağında heç bir əlavə tələb olmadan atəşkəsin tərəfdarıdır.

Trend-in məlumatına görə, bu barədə Misir xarici işlər naziri Sameh Şurki deyib.

"Misir əlavə şərtlər olmadan atəşkəsin tərəfdarıdır”, - deyə Şukri bildirib.

Nazir BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamə qəbul edə bilməməsindən təəssüfləndiyini bildirib.

Qeyd edək ki, oktyabrın 7-də İsrailə hücumlar olunub. Əvvəlcə Qəzza bölgəsindən reaktiv mərmilərlə kütləvi atəş açılıb, daha sonra döyüşçülər əraziyə qurudan, havadan və sudan daxil olublar.

İsrail müharibə vəziyyəti elan edib. Bundan başqa, İsrailin müdafiə naziri Yoav Qallant ehtiyatda olan hərbçilərin kütləvi çağırışını elan edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti