...

Azərbaycanın Milli Qəhrəmanı Qasım Rzayevin xatirəsi anılıb (FOTO)

Cəmiyyət Materials 28 Aprel 2024 15:11 (UTC +04:00)
Azərbaycanın Milli Qəhrəmanı Qasım Rzayevin xatirəsi anılıb (FOTO)
Gülnarə Kərimova
Gülnarə Kərimova
Bütün xəbərlər

Bakı. Trend:

Gəncə Qarnizonu İdeoloji və Mədəniyyət Mərkəzi və Qazax-Tovuz Regional Təhsil İdarəsinin Tovuz rayonu üzrə təhsil sektorunun birgə təşkilatçılığı ilə Azərbaycanın Milli Qəhrəmanı Qasım Qara oğlu Rzayevin xatirəsi anılıb.

Bu barədə Trend-ə Müdafiə Nazirliyindən məlumat verilib.

Əvvəlcə Milli Qəhrəmanın anadan olduğu Əlibəyli kəndində məzarı və şəhidlərimizin xatirəsinə ucaldılmış abidə kompleksi ziyarət olunub, önünə gül dəstələri qoyularaq ehtiram nümayiş etdirilib.

Tovuz rayonu Qasım Rzayev adına Hacallı kənd tam orta məktəbində keçirilən tədbirdə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, dövlət himni səsləndirilib.

Çıxış edənlər torpaqlarımızın azadlığı uğrunda gedən döyüş əməliyyatlarında igid oğullarımızın göstərdikləri qəhrəmanlıq və şücaət nümunələrindən söz açıblar.

Şəhidin ailə üzvləri və yaxınları göstərilən diqqət və qayğıya, eləcə də şəhidlərimizin xatirəsinin uca tutulduğuna görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Sonra Milli Qəhrəmanın həyat yolu ilə bağlı çəkilmiş “Yurdu yaşatmaq üçün” filmi nümayiş etdirilib, şagirdlərin ifasında şeir və musiqi kompozisiyası səsləndirilib.

Tədbirdə, həmçinin “Əsgərə məktub” layihəsi çərçivəsində Vətən müdafiəçilərinə məktublar ünvanlanıb, hərbi təhsil müəssisələrinə qəbul qaydaları barədə ətraflı məlumatların əks olunduğu bukletlər paylanılıb və şagirdləri maraqlandıran suallar cavablandırılıb.

Xəbər lenti

Xəbər lenti