...

Mikayıl Cabbarov Səudiyyə Ərəbistanının energetika naziri ilə iqtisadi inkişaf hədəflərini müzakirə edib (FOTO)

İqtisadiyyat Materials 28 Aprel 2024 13:41 (UTC +04:00)
Mikayıl Cabbarov Səudiyyə Ərəbistanının energetika naziri ilə iqtisadi inkişaf hədəflərini müzakirə edib (FOTO)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İqtisadiyyat naziri Mikayıl Cabbarov Səudiyyə Ərəbistanının energetika naziri Əbdüləziz bin Salman Əl-Səudla görüşərək iqtisadi inkişaf hədəflərini müzakirə edib.

Trend xəbər verir ki, bu barədə Mikayıl Cabbarov sosial şəbəkədə bildirib.

“Səudiyyə Ərəbistanı Krallığına səfərimiz çərçivəsində bu ölkənin energetika naziri, Zati-aliləri Əbdüləziz bin Salman Əl-Səud ilə görüşdə ölkələrimizin iqtisadi inkişaf hədəfləri, energetika sahəsində birgə fəaliyyət və ortaq təşəbbüslərin perspektivləri barədə fikir mübadiləsi apardıq”, – o qeyd edib.

Xəbər lenti

Xəbər lenti