Bakı. Trend:
Virus proqramları texniki vasitələrlə bir cihazdan digərinə keçməyə cəhd edən, məlumatların silinməsinə və zədələnməsinə səbəb olan kiçik həcmli proqramlardır.
Trend xəbər verir ki, bu barədə Elektron Təhlükəsizlik Xidməti məlumat yayıb.
Virus proqramlarından qorunmaq üçün gəlin əvvəlcə onların yayılma üsulları, sonra isə təhlükəsizlik qaydaları ilə tanış olaq.
Virus necə yayılır?
1) Fişinq mesajlarındakı fayl və şübhəli keçidlər vasitəsilə;
2) Xarici yaddaş qurğuları (USB, hard-disk və s.) vasitəsilə;
3) Zərərli veb-saytlardakı məzmunlara klikləməklə;
4) Rəsmi mənbələrdən yüklənməyən tətbiq və proqramlar daxilində.
Virusdan necə qorunmaq olar?
1) Tətbiq və proqramları yalnız etibarlı mənbələrdən yükləmək;
2) Yaddaş qurğularının təhlükəsizliyinə diqqət etmək;
3) Şübhəli keçidlərə daxil olmamaq;
4) Antivirus proqramlarından istifadə etmək;
5) Təhlükəsizlik yeniləmələrini mütəmadi yerinə yetirmək.