...

Azərbaycan paytaxtında saxta əskinaslar satan dəstə aşkarlanıb

Hadisə Materials 12 Yanvar 2010 11:39 (UTC +04:00)
Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən çərşənbə günü Trend News-a verilən məlumata görə, yanvarın 11-də İmişli rayon sakini Babək Həsənov 11 ədəd saxta 20 və 1 ədəd 100 AZN əskinası şərti alıcıya satarkən Nərimanov rayon Polis İdarəsinin 18-ci polis bölməsinin əməkdaşları tərəfindən tutulub.
Azərbaycan paytaxtında saxta əskinaslar satan dəstə aşkarlanıb

Azərbaycan, Bakı, 12 yanvar / Trend , müxbir K.Zərbalıyeva/

Azərbaycan paytaxtında saxta əskinaslar satan dəstə aşkarlanıb.

Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən çərşənbə günü Trend -a verilən məlumata görə, yanvarın 11-də İmişli rayon sakini Babək Həsənov 11 ədəd saxta 20 və 1 ədəd 100 AZN əskinası şərti alıcıya satarkən Nərimanov rayon Polis İdarəsinin 18-ci polis bölməsinin əməkdaşları tərəfindən tutulub.

Keçirilən əməliyyat tədbirləri nəticəsində əskinasları ona satan Aybəniz Məmmədova da tutulub. Ondan əlavə olaraq 13 ədəd 20 AZN saxta əskinaz götürülüb.

Aybənizin ətrafında keçirilən tədbirlər nəticəsində məlum olub ki, saxta əskinasları ona Tahir Həsənov verib. Hazırda onun tutulması istiqamətində əməliyyat tədbirləri keçirilir.

Xəbər lenti

Xəbər lenti