...

Bakıda avtobus yol qəzası törədib, ölən və xəsarət alanlar var (ƏLAVƏ OLUNUB)

Hadisə Materials 9 Mart 2012 10:24 (UTC +04:00)
Bakıda avtobus yol qəzası törədib, ölən və xəsarət alanlar var.
Bakıda avtobus yol qəzası törədib, ölən və xəsarət alanlar var (ƏLAVƏ OLUNUB)

Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin məlumatı əlavə olunub. İlk xəbər 09:18-də yayılıb.

Azərbaycan, Bakı, 9 mart / Trend müxbir K.Zərbalıyeva/

Bakıda avtobus yol qəzası törədib, ölən və xəsarət alanlar var.

Respublika Baş Dövlət Yol Polisi İdarəsindən Trend-ə verilən məlumata görə, Xəzər rayonunda, Z.Tağıyev küçəsində sərnişin avtobusu ilə "QAZ 53" markalı avtomobil toqquşub.
Qəza zamanı 1 nəfər ölüb, 2 nəfər xəsarət alıb.

Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsindən Trend-ə verilən məlumata görə, martın 8-i saat 12:00 radələrində Mərdəkan qəsəbəsində Əzim Babayevin idarə etdiyi "Daewoo" markalı 141 saylı xətt avtobusu ilə Rafiq Sultanəhmədovun idarə etdiyi "QAZ-53" markalı yük avtomobili toqquşub.

Nəticədə Sultanəhmədov hadisə yerində ölüb, sərnişi Teymur Zaliyev və avtobusun sərnişi Faiq Cəbrayılov xəsarət alıb, onlar xəstəxanaya yerləşdiriliblər.

Xəbər lenti

Xəbər lenti