...

Göygöldə sərnişin avtobusu yanıb, bir nəfər ölüb

Hadisə Materials 11 İyun 2012 17:09 (UTC +04:00)
Trend-in Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, Göygöl rayonu, Çaylı kəndində (rayon mərkəzindən 22 km aralı) "PAZ" markalı sərnişin avtobusunun yanar hissələri yanıb.
Göygöldə sərnişin avtobusu yanıb, bir nəfər ölüb

Azərbaycan, Bakı, 11 iyun /Trend, müxbir K.Zərbalıyeva/

Göygöldə sərnişin avtobusu yanıb, bir nəfər ölüb.

Trend-in Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, Göygöl rayonu, Çaylı kəndində (rayon mərkəzindən 22 km aralı) "PAZ" markalı sərnişin avtobusunun yanar hissələri yanıb.

Fövqəladə Hallar Nazirliyinin xilasetmə qüvvələri hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri görüb, o cümlədən yaxınlıqda olan qaz balonlarını təhlükəsiz əraziyə köçürüblər.

Hadisə şahidlərinin sözlərinə görə, sərnişin - 1938-ci il təvəllüdlü Yaşar Rzaqulu oğlu Abbasov pəncərədən atılaraq xəsarət alıb. Abbasov xəstəxanada ölüb.

Sürücü və qalan sərnişinlər avtobusu vaxtında tərk ediblər.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Xəbər lenti

Xəbər lenti