...

Azərbaycan-Rusiya sərhədində qaçaqmalçılığın qarşısı alınıb

Hadisə Materials 17 Oktyabr 2012 15:24 (UTC +04:00)
Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, bu günlərdə Rusiya-Azərbaycan sərhədində "KAMAZ 53212" markalı yük nəqliyyat vasitəsinə Xaçmaz Gömrük İdarəsinin "Samur" gömrük postunda gömrük baxışı həyata keçirilib.
Azərbaycan-Rusiya sərhədində qaçaqmalçılığın qarşısı alınıb

Azərbaycan, Bakı, 17 oktyabr /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycan-Rusiya sərhədində qaçaqmalçılığın qarşısı alınıb.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, bu günlərdə Rusiya-Azərbaycan sərhədində "KAMAZ 53212" markalı yük nəqliyyat vasitəsinə Xaçmaz Gömrük İdarəsinin "Samur" gömrük postunda gömrük baxışı həyata keçirilib.

Baxış zamanı avtomaşını idarə edən Rusiya Federasiyası vətəndaşı Kamilov Maqomed Batsiloviç avtomaşında beş çantada geyim əşyaları, ərzaq məhsulları və avtomaşının ehtiyat hissələrinin olduğunu bəyan edib. Lakin baxış zamanı bu çantalarda olan geyim əşyalarının və ərzaq məhsullarının arasından bəyan olunmayan 100 ədəd "Pilad P 4 x 32 L", 100 ədəd "Pilad P 4 x 32" markalı optik nişangahlar və 198 ədəd optik nişangahların rezin gözlükləri aşkar olunaraq götürülüb.

Faktla bağlı Dövlət Gömrük Komitəsinin İstintaq İdarəsində təhqiqat aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti