...

Lənkəranda oğru dəstə zərərsizləşdirildi

Hadisə Materials 6 Aprel 2013 18:43 (UTC +04:00)
Trend Cənub TV-yə istinadən xəbər verir ki, Lənkəranda avtomobillərə qənim kəsilən oğru dəstə zərərsizləşdirildi. Uzun müddətdir maşın oğurluğu ilə məşğul olan həmin şəxslər saxlanılarkən onlardan birinin üzərindən narkotik maddə də aşkar edilib.
Lənkəranda oğru dəstə zərərsizləşdirildi

Azərbaycan, Bakı, 6 aprel /Trend/

Trend Cənub TV-yə istinadən xəbər verir ki, Lənkəranda avtomobillərə qənim kəsilən oğru dəstə zərərsizləşdirildi. Uzun müddətdir maşın oğurluğu ilə məşğul olan həmin şəxslər saxlanılarkən onlardan birinin üzərindən narkotik maddə də aşkar edilib.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində müəyyən edilib ki, rayon sakinləri Şakir Şükürov, Toğrul Axundov, Məhəmməd Nurullazadə və Umud Qasımzadədən ibarət dörd nəfərlik oğru dəstə rayonun Xolmili kənd sakini Əlizamin İbrahimova məxsus 42 BC 511 dövlət nömrə nişanlı vaz 2106 markalı maşını oğurlayıblar. Saxlanılan şəxslər maşını axşam saatlarında Sütəmurdov kəndi ərazisində yol kənarından qaçırıblar. Həmin avtomobil ehtiyyat hissələri sökülmüş vəziyyətdə Toğrul Axundovun həyətində tapılıb.

Rayon polisi hələlik 7 oğurluq faktı üzrə cinayət işinə başlayıb. Saxlanılan şəxslər polisdə dindirilərkən törətdikləri əməlləri etiraf ediblər.

Əvvəllər heç bir məhkumluq həyatı olmayan dəstə üzvlərinin digər oğurluq faktlarında iştirakı da istisna olunmur. Faktla bağlı Azərbaycan Respublikası Cinayət məcəlləsinin 177.2.1 və 177.2.4-cü maddələri ilə cinayət işi başlanılıb. Toğrul Axundov barəsində həm də narkotik vasitələrin saxlanması və istifadəsi maddəsi ilə də cinayət işi qaldırılıb.

Xəbər lenti

Xəbər lenti