...

Əfqanıstanda polisə hücum: 17 ölü, 4 yaralı

Hadisə Materials 3 İyun 2013 00:35 (UTC +04:00)
"Taliban" silahlıları Pakistanla sərhəddə yerləşən Kemdeş rayonunda iki polis nəzarət məntəqəsinə hücum ediblər, 13 talibançı və 4 polis ölüb, daha 4 polis isə xəsarət alıb.
Əfqanıstanda polisə hücum: 17 ölü, 4 yaralı

Azərbaycan, Bakı, 3 iyun /Trend/

"Taliban" silahlıları Pakistanla sərhəddə yerləşən Kemdeş rayonunda iki polis nəzarət məntəqəsinə hücum ediblər, 13 talibançı və 4 polis ölüb, daha 4 polis isə xəsarət alıb. Bu barədə Trend Türkiyənin "Zaman" qəzetinə istinadən məlumat verir.

"Taliban" üzvlərinin dünən Uruzgan vilayətində yol kənarında yerləşdirdiyi partlayıcı maddənin mülki vətəndaşa məxsus avtomobil yolu keçərkən işə düşməsi nəticəsində biri uşaq olmaqla 4 nəfər ölüb, 9 nəfər yaralanıb.

Bu arada Əfqanıstanda iki ayrı şəhərdə qız məktəblərinə zəhərli qazlardan istifadə etməklə təşkil edilən hücum nəticəsində ən azı 97 məktəbli zəhərlənib.

Hücumlardan sonra açıqlama verən Prezident Həmid Kərzai "Taliban"ı tənqid edib və İslama zidd olaraq mülki vətəndaşları hədəfə aldığını söyləyib.

Xəbər lenti

Xəbər lenti