...

Suriyada Almaniya vətəndaşları oğurlanıb

Hadisə Materials 30 İyun 2013 00:59 (UTC +04:00)
Suriyada Almaniyanın "Grünhelme" humanitar təşkilatının üç əməkdaşı oğurlanıb.
Suriyada Almaniya vətəndaşları oğurlanıb

Azərbaycan, Bakı, 30 iyun /Trend/

Suriyada Almaniyanın "Grünhelme" humanitar təşkilatının üç əməkdaşı oğurlanıb.

Trend-in İTAR-TASS-a istinadən verdiyi məlumata görə, təşkilatın təsisçisi Rupery Noydek bildirib ki, Almaniya vətəndaşları ay yarım əvvəl itkin düşüblər, lakin bu barədə indi xəbər vermək qərara alınıb.

Söhbət mexanik, texnik-memar və mühəndisdən gedir. Noydek deyib: "Ümid edirdik ki, biz özümüz onların yerini müəyyənləşdirə biləcəyik". O, Almaniya XİN, Kansler Angela Merkel və BMT-dən Suriya müxalifəti və rəsmi Dəməşqlə birgə həmin şəxslərin azad olunması üçün mümkün olan hər şeyi etməyi xahiş edib.

Nazirliyin nümayəndəsi bildirib ki, Almaniya XİN-də məsələnin həlli üçün "böhran qərargahı" yaradılıb.

Xəbər lenti

Xəbər lenti