Azərbaycan, Bakı, 17 sentyabr /Trend, müxbir İ.İzzət/
Qubada azyaşlı uşaq bədbəxt hadisə nəticəsində ölüb.
Trend Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytına istinadən xəbər verir ki, sentyabrın 7-də Quba rayonunun Zərdabi kənd sakini, azyaşlı Şıxvəli Qasımovun üstünə qaynar su tökülüb. Xəsarətlə xəstəxanaya yerləşdirilən uşaq həkimlərin səyinə baxmayaraq, sentyabrın 16-da orada dünyasını dəyişib.