...

Bakıda 20 metrlik ağac evin üstünə aşıb

Hadisə Materials 9 Noyabr 2013 17:54 (UTC +04:00)
Trend Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, Bakı şəhəri, Səbail rayonunda ağac birmərtəbəli fərdi yaşayış evinin üstünə aşıb.
Bakıda 20 metrlik ağac evin üstünə aşıb

Azərbaycan, Bakı, 9 noyabr /Trend/

Bakıda 20 metrlik ağac evin üstünə aşıb.

Trend Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, Bakı şəhəri, Səbail rayonunda ağac birmərtəbəli fərdi yaşayış evinin üstünə aşıb. Dərhal nazirliyin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, aşan ağacın hündürlüyü təxminən 20 metrdir. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə ağacı hissələrə kəsib və binanın üzərindən götürülməsini təmin ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti