...

Şəkidə 2 nəfərin xəsarət alması ilə nəticənən zəncirvari yol qəzası baş verib

Hadisə Materials 5 May 2014 00:36 (UTC +04:00)
Şəkidə 2 nəfərin xəsarət alması ilə nəticənən zəncirvari yol qəzası baş verib.
Şəkidə 2 nəfərin xəsarət alması ilə nəticənən zəncirvari yol qəzası baş verib

Azərbaycan, Bakı, 5 may /Trend/

Şəkidə 2 nəfərin xəsarət alması ilə nəticənən zəncirvari yol qəzası baş verib.

Trend Kanal S-ə istinadən xəbər verir ki, hadisə mayın 4-ü saat 22:30 radələrində şəhərin Bağbanlar küçəsində qeydə alınıb. Şəki şəhər sakini Ramil Mustafayevin idarə etdiyi VAZ 21 014 markalı avtomobil, Eldar Əkbərovun idarə etdiyi VAZ 21 011 markalı avtobillə toqquşub.

VAZ 21 014 daha sonra yolun kənarında saxlanılmış "Ford"a dəyib.

Nəticədə VAZ 21 011-in sürücüsü və sərnişini xəsarət alıb. Sərnişinin vəziyyəti yüngül olduğundan ona hadisə yerinə tibbi yardım göstərilib.

Vəziyyəti nisbətən ağır olan sürücü E.Əkbərov isə Şəki MRX-ya çatdırılıb. Həkimlər onun vəziyyətini orta-ağır qiymətləndirir.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti