Azərbaycan, Bakı, 29 iyul /Trend/
Bakıda mənzildə köməksiz qalan iki azyaşlı xilas edilib.
Trend Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, nazirliyin "112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Xətai rayonunda 2 azyaşlı uşaq giriş qapısının təsadüfən kilidlənməsi nəticəsində mənzildə köməksiz vəziyyətdə qalıb.
Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Xilasedicilər doqquzmərtəbəli yaşayış binasının beşinci mərtəbəsində yerləşən mənzilin giriş qapısının kilidini təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə açaraq içəri daxil olub. Mənzildə nəzarətsiz qalmış uşaqlar aidiyyəti üzrə təhvil verilib.