...

Bakı-Şamaxı yolunda ağır yol qəzası olub, ölən var

Hadisə Materials 13 Dekabr 2014 16:44 (UTC +04:00)
Bakı-Şamaxı yolunda ağır yol qəzası baş verib.
Bakı-Şamaxı yolunda ağır yol qəzası olub, ölən var

Azərbaycan, Bakı, 13 dekabr /Trend/

Bakı-Şamaxı yolunda ağır yol qəzası baş verib.

Trend Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumat verir ki, Bakı-Şamaxı avtomobil yolunun 50-ci kilometrliyində "Shacman" markalı yük avtomobili ilə "Opel" markalı minik avtomobili toqquşub. Dərhal hadisə yerinə nazirliyin müvafiq xilasetmə qüvvələri cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, minik avtomobilinin sürücüsü aldığı ağır bədən xəsarətlərindən hadisə yerində vəfat edib.

Xilasedicilər deformasiya uğramış avtomobildən sıxılmış vəziyyətdə qalmış meyiti çıxarıb və aidiyyətı üzrə təhvil veriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti