...

Bakıda Gürcüstan vətəndaşını bıçaqlayblar

Hadisə Materials 10 Fevral 2015 11:10 (UTC +04:00)
Gürcüstan vətəndaşını bıçaqlamış Bakı sakini tutulub.
Bakıda Gürcüstan vətəndaşını bıçaqlayblar

Azərbaycan, Bakı, 10 fevral /Trend, müxbir İlkin İzzət/

Gürcüstan vətəndaşını bıçaqlamış Bakı sakini tutulub.

Bakı şəhər Baş Polis İdarəsinin (BŞBPİ) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, fevralın 5-də saat 04:25 radələrində, Maştağa qəsəbəsində Gürcüstan vətəndaşı 1972-ci il təvəllüdlü Fərhad Abdıyevə çoxsaylı bıçaq xəsarəti yetirilib. Sabunçu rayon Polis İdarəsi 14-cü Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində, cinayəti törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, 1993-cü il təvəllüdlü Ələkbər Mustafayev tutulub.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti