Azərbaycan, Bakı, 3 sentyabr /Trend, müxbir İlkin İzzət/
Keçmiş məhkum Bakıda quldurluğa görə yenidən tutuldu.
Bakı şəhər Baş Polis İdarəsindən (BŞBPİ) Trend-ə verilən məlumata görə, Suraxanı RPİ 33-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, sentyabrın 2-də saat 04 radələrində, Yeni Günəşli qəsəbəsində Bakı şəhər sakini Camal Qasımova bıçaqla xəsarət yetirərək 300 manat pulunu quldurluq yolu talamaqda şübhəli bilinən qəsəbə sakini, əvvəllər məhkum olunan 1982-ci il təvəllüdlü Elnur Qəniyev tutulub.